İyul ayının 1-dən etibarən Azərbaycanın bütün quru sərhədlərini açacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu məlumatı “Caucasian Live” Teleqram kanalı yayıb.
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bu barədə qərarın hələ olmadığını bildirib.
Qeyd edək ki, Nazirlər Kabinetinin son qərarı ilə sərhədlərdə keçid məhdudiyyəti 1 iyula qədər uzadılmışdı.