MƏDƏNİYYƏT27.9.2021 22:30

Ay Şuşanı bizə qovuşduranlarım!.. - Aybəniz Haşımova

61

Bu dərdi yaxından tanıyıram. Bu gün kimi xatırlayıram hər şeyi. Ağlıma belə gəlməzdi ki, şəhid adlı göy üzü boyda bir dərd olarmış. Daşı, divarı, bumbuz yatağa dönən məzar döşəyi, gecə-gündüz ev-eşiyindən nigaran qalan, ağlayan şəhid gözləri... O gözlər ki, çox gənc, həyat dolu ümidləri, arzuları yarı yolda qalan, son sözünü, səni sevirəm kəliməsini deyə bilmədən gözlərini bu dünyaya əbədi yumdular.

Kult.az xəbər verir ki, bu sözləri əməkdar artist Aybəniz Haşımova sosial media hesabında yazıb.

“Əslində sözüm bitibdir. Yorulmuşam, həm də çox. Öz dərdim məni daşa döndərmişdi. Sizin dərdiniz çəkilməz, sağalmaz, qaysaq tutmayan yaraya döndü sinəmdə. Bu gün 1 iliniz olur. Bu gün həm də yenidən doğulursunuz. Sizə necə təşəkkür edək görəsən, ay sıldırım qayaları, dağları cırmaq-cırmaq aşaraq Şuşanı bizə qovuşduranlarım! Polad güclü şəhidlərim, qazi igidlərim xalq, vətən, torpaq uğrunda o gözəl, gənc canınızdan keçdiniz. Vətən sizin əməyinizi heç vaxt unutmaz. Ailələriniz xalqa əmanətdir. Siz rahat yatın. Əbədi dünyanız mübarək əziz şəhidlər”, - Həşimova bildirib.

Qeyd edək ki, əməkdar artist Aybəniz Haşımovanın həyat yoldaşı 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub.

YUXARI