Almaniyanın Düsseldorf Yüksək Əyalət Məhkəməsində Çin üçün casusluq etdikləri iddia olunan 3 nəfər - Herwig S., Ina F. və Thomas R. haqqında məhkəmə prosesi başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Federal Baş Prokurorluğun məlumatına görə, bu şəxslər 2017-ci ildən etibarən Çin Gizli Xidməti MSS üçün hərbi texnologiyalar haqqında məlumat toplamaq və bu məlumatları Çinlə paylaşmaqda ittiham olunurlar.
İddianaməyə görə, məlumatların toplanması Herwig F. və Ina F.-nin idarə etdiyi şirkət vasitəsilə həyata keçirilib. Sanıqların Almaniyadan xüsusi lazerlər alıb icazəsiz şəkildə Çinə ixrac etdiyi də bildirilib.
Qeyd edək ki, 22 aprel 2024-cü ildə həbs olunan Ina F. və Herwig F. daha sonra azadlığa buraxılıb. Məhkəmə prosesi davam edir.