CƏMİYYƏT24.1.2023 16:00

Aİ missiyası Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa yönəldilməməlidir - Leyla Abdullayeva

161

“Avropa İttifaqının (Aİ) Ermənistana missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır. Bu barədə bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, missiya sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir.

Xatırladaq ki, dünən Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.

YUXARI