İQTİSADİYYAT28.10.2021 11:25

AHİK-in sədri: Dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində insanlarımız tezliklə öz torpaqlarında firavan yaşayacaqlar

535

Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz qardaşlarımızın dəstəyini Vətən müharibəsində daha yaxından gördük. Çünki Azərbaycan-Türkiyə qardaşlığının kökləri dərin və əbədidir.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev oktyabrın 28-də Türkiyənin Özçelik-İş Sendikasının nümayəndə heyəti ilə görüşdə deyib.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə Özçelik-İş Sendikası arasında əlaqələrini daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən S.Möhbalıyev diqqətə çatdırıb ki, Zəfərimizdən dərhal sonra işğaldan azad edilən ərazilərdə sürətli tikinti və quruculuq işləri aparılır. Doğma yurdlarından didərgin salınmış insanlar dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə öz torpaqlarına qayıdacaq və firavan yaşayacaqlar.

YUXARI