CƏMİYYƏT27.10.2021 23:00

Ağac sexlərində qanunsuz meşə materialı aşkarlandı

12

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Tovuz və Şəmkir rayonlarının ərazisində nəzarət tədbirləri keçirilib.

Axar.az xəbər verir ki, bu barədə xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

O bildirib ki, Tovuzda keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Ruslan Tağıyev və Azər Qasımovun, Şəmkir rayonunda isə rayon sakinləri Alim Alıyev, Saməddin Babayev, Mahir Əyyubov və Elçin Qasımovun həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 19 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

Hazırda iş üzrə araşdırma davam edir.

YUXARI