DÜNYA5.2.2023 03:00

ABŞ Çin aerostatını vurub

2709

ABŞ ordusu şənbə günü Atlantik okeanı üzərində, Cənubi Karolina sahillərində Amerika hava məkanına düşən Çin aerostatını vurub.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Əməliyyatı "Fox News" televiziya kanalına mənbələr də təsdiqləyib.

Öz növbəsində ABŞ Federal Aviasiya İdarəsi aerostatın vurulduğu ərazidə uçuşlara qadağa qoyulmasını yerli vaxtla şənbə günü saat 17:15-ə qədər uzadıb.

YUXARI