DÜNYA14.10.2021 08:30

ABŞ bu türk ölkəsinə qüvvələr yerləşdirmək istəyir

1227

Pentaqon nümayəndələri bu ay Özbəkistanda ABŞ-ın anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsini müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Danışqların gündəliyində anti-terror qüvvələrinin yerləşdirilməsi məsələsi dura bilər. Belə razılaşma ABŞ-a Əfqanıstandakı hədəfləri daha yaxşı izləməyə və hədəf almağa imkan verər”, - deyə nəşrdə yayılan məqalədə bildirilib.

Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstanın sərhəd ölkələri ilə sözügedən məsələni müzakirə etmək istəyini ifadə etmişdi.

YUXARI