XƏBƏRLƏR10.6.2021 16:00

5 kənddə pulsuz tibb xidməti göstəriləcək - Hande Harmancı

944

Ağdamda sağlamlıq layihəsi həyata keçiririk. Bu layihə çərçivəsində bizim səyyar klinikalarımız 5 kəndə gedəcək.

Bunu Trend-ə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O qeyd edib ki, bundan əlavə buradakı xəstəxanaya diaqnostik testlər, oksigen aparatları, dərman vasitələri gətirilib: "Bunlar Ümumdünya Səhiyyə Təşkilatından kiçik yardımdır. Burada işlərimizi davam etdirmək istəyirik".

YUXARI